Futbol üzrə İtaliya A Seriyasında XXXIII turun daha bir oyunu keçirilib.

"Unikal" xəbər verir ki, turun mərkəzi görüşündə “Napoli” “Roma”nı qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Hesabı 11-ci dəqiqədə meydan sahibləri açıblar. Lorentso İnsinye penaltidən fərqlənib. Son nöqtəni isə matçın əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Stefan El-Şaaravi qoyub.