Sabah Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.
"Unikal" xəbər verir ki, iclasda Azərbaycan Respublikası Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında hesabat müzakirə olunacaq.
İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun iştirakı gözlənilir.
Müzakirələrdən sonra hesabat Milli Məclisin plenar iclasına tövsiyə ediləcək.
Anar Kəlbiyev