Şuşa şəhərinin adından istifadə edilməsi qaydası müəyyənləşir.
"Unikal" xəbər verir ki, bununla bağlı "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanuna dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının qanunları ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallar istisna olmaqla, aşağıdakı hallarda “Şuşa” sözündən (“Şuşa” sözü olan söz birləşməsindən) istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə yol verilir:
- hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında;
- mükafatların və təltiflərin adlarında;
- yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında;
- kommersiya və reklam məqsədilə;
- əmtəə nişanlarında və coğrafi göstəricilərdə.