Türkiyə və İsrail Prezidentləri Rəcəb Tayyib Ərdoğan və İsaaq Herzoq arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, Prezident bu barədə “Twitter“ hesabında məlumat paylaşıb.
O qeyd edib ki, israilli həmkarı ilə regional məsələləri və ikitərəfli əlaqələri, xüsusilə İsrailin bəzi radikal qrupları və təhlükəsizlik qüvvələrinin son günlər Fələstində törətdiyi hadisələri müzakirə edib.
“Bu həssas dönəmdə Əl-Əqsa məscidinin statusu və mənəviyyatına qarşı təxribat və təhdidlərə yol verilməməsinin zəruriliyini bir daha vurğulamaq istərdim. Bu mübarək məkanın və günlərin mənəviyyatını və müqəddəsliyini qoruyub saxlamaq üçün hər kəsi maksimum səy göstərməyə çağırışımı bir daha təkrar edirəm. Türkiyə olaraq hər halda sülh və əmin-amanlığın təmin edilməsi istiqamətində çalışmalarımız davam edəcək”,- deyə o telefon danışığı zamanı bildirib.