Türkiyə Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.
"Unikal" xəbər verir ki, "Medical Park" stadionunda "Trabzonspor" "Kayserispor"u qəbul edib.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 87-ci dəqiqədə Andreas Kornelius vurub.
Digər yarımfinalda "Alanyaspor" "Sivasspor"u qəbul edəcək. Oyun aprelin 20-də olacaq.
Qeyd edək ki, cavab görüşləri 10-11 mayda gerçəkləşəcək.