Bu gün Milli Məclisdə komitə iclasında Azərbaycan Respublikası Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə olunub.
"Unikal" xəbər verir ki, müzakirələrdən sonra deputatlar hesabatı Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
***10:59
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.
"Unikal" xəbər verir ki, iclasda Azərbaycan Respublikası Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında hesabat müzakirə olunur.
İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da iştirak edir.
Müzakirələrdən sonra hesabat Milli Məclisin plenar iclasına tövsiyə ediləcək.
Anar Kəlbiyev