AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova FİFA-da yüksək vəzifə verilib.
"Unikal" xəbər verir ki, E.Məmmədov mayın 1-dən FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru fəaliyyətinə başlayacaq.
O, AFFA-da fəaliyyətini ictimai əsaslarla vitse-prezident olaraq davam etdirəcək. Məmmədov həm də İcraiyyə Komitəsinin üzvü kimi qalacaq.