Rusiya xarici işlər nazirinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıya gələcək.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
"Xovayevin əsas vəzifələrindən biri sülh sazişinin hazırlanmasında azərbaycanlı və erməni tərəfdaşlara kömək etməkdir. Xüsusi nümayəndə artıq bu işə fəal qoşulub, İrəvanda faydalı məsləhətləşmələr aparıb. Onun Bakıya səfəri Rusiya parlamentində razılaşdırılıb”, - deyə o qeyd edib.