Çinin keçmiş ədliyyə naziri Fu Zhenghua həbs edilib.
"Unikal" xarici KİV-ə istionadən xəbər verir ki, onun rüşvətxorluq və şəxsi maraqları üçün qanunları manipulyasiya etmək ittihamı ilə saxlandığını bildirib.
Fu 2018-ci ildə ədliyyə naziri olana qədər ictimai təhlükəsizlik nazirinin müavini olub. İşlədiyi müddətdə ölkədə antikorrupsiya təhqiqatlarının rəhbəri olmuş Fu ölkənin keçmiş təhlükəsizlik şefi Zhou Yongkang-ın korrupsiyada təqsirli bilindiyi istintaqa da rəhbərlik edib.
Keçən il Çində korrupsiya və hakimiyyətdən sui-istifadə ilə mübarizə çərçivəsində Kommunist Partiyasının 600 mindən çox məmuru cəzalandırılıb. Son illərdə Çin prezidenti Si Cinpin dövlət səviyyəsində korrupsiya və səlahiyyətdən sui-istifadə hallarının qarşısını almaq üçün intizam qaydalarını sərtləşdirib.
Gülayə Mecid