Milli Məclisin gələn həftə keçiriləcək iclasında Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında hesabat müzakirəyə çıxarılacaq.
"Unikal" xəbər verir ki, sənədi Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edəcək.
Qeyd edək ki, plenar iclas aprelin 26-da keçiriləcək.