AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
"Unikal" xəbər verir ki, yığıncaqda Azərbaycan premyer-liqasının 23-cü turu və ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunlarında baş verənlər müzakirə olunub.
Komitə üzvləri bununla bağlı müvafiq qərarlar verib. "Qəbələ" – "Sumqayıt" oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimələnib. Meydançaya kənar şəxs daxil olduğu üçün meydan sahibi klub daha 1600 manat ziyana düşüb. 5 futbolçusu sarı vərəqə ilə cəzalanan "Sumqayıt" 800 manat cərimə olunub.
"Qarabağ" – "Şamaxı" oyununda dövlət yanğından mühafizə xidməti maşını oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi kluba xəbərdarlıq edilib.
1/2 final mərhələsinin "Qəbələ" – "Qarabağ" oyununda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 ödəməli olacaq.