Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə Şarl Mişel "Twitter"də bildirib.
"Baş nazir Nikol Paşinyanla Cənubi Qafqazın sabit, dinc və firavan gələcəyinə doğru irəliləmək üçün gələcək işlərin perspektivlərini müzakirə etdim. Aİ Ermənistan və Azərbaycan arasında dialoqu dəstəkləməyə sadiqdir", Mişel bildirib.