Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku turnirində gürzlər ilə yarışın finalçıları müəyyənləşib.
"Unikal" xəbər verir ki, Azərbaycan təmsilçisi Zöhrə Ağamirova həlledici mərhələ adlayıb.
Finalda Azərbaycan idmançısı ilə yanaşı, italiyalı Sofia Raffaeli, Milena Baldassarri, Latviya idmançısı Yelizaveta Polstyanaya, sloveniyalı Yekaterina Vedeneeva, Macarıstan gimnastı Viktoria Evelin Koçsis, qazaxıstanlı Eljana Tanıyeva və israilli Darya Atamanov da çıxış edəcəklər.