Azərbaycan cüdoçuları Xorvatiyanın Dubrovnik şəhərində keçirilən böyüklər arasında Avropa kuboku turnirinin ilk yarış gününü 2 qızıl və 1 bürünc medalla başa vurublar.
"Unikal" xəbər verir ki, qızıl medalları komandamızın aktivinə İsmayıl İbrahimov (66 kq) və Nəriman Mirzəyev (73 kq) yazdırıblar.
Komandamızın digər üzvü Nazir Talıbov (60 kq) isə bürünc medal qazanıb.