Türkiyəli reper Beta (Berk Bayındır) bu gün səhər saatlarında İstanbulun Kağıthane ilçəsində yaşadığı evin 8-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı reperin hündürlükdən hansı səbəbə düşməsi hələlik məlum deyil. Hadisənin ardından polis və təcili tibbi yardım heyyəti əraziyə cəlb olunub. Lakin Berk hadisə yerindəcə həyatını itirib.
Hadisə zamanı evdə olan Berkin sevgilisi Gültepenin ifadəsi isə alınmaq üçün polis idarəsinə aparılıb.
Hazırda araşdırma davam edir.