"TikTok-a giriəm, oyunda mənə bahalı hədiyyələr gəlir. Onun 70 faizi TikTok-a qalır. Dostlarım qədər, tanımadığım insanlar da bahalı hədiyyə göndərir. Mənə irad deyirdilər ki, girilər bura, oyun oynayırlar. Bir də gördüm onu deyənlərin elə öz xanımları TikTok-da oturub oyun oynayır".
"Unikal" xəbər verir ki, bu sözləri müğənni Günel Ələkbərova "Səhər mərkəzi" verilişində deyib.
O, TikTok-da qazandığı pullardan danışıb.
Günel "İndi alacağın çoxdur, yoxsa verəcəyin" sualına "Hazırda verəcəyim çoxdur" reaksiyasını verib. Aparıcı Tural Əsədovun "Bəs, TikTok-da qazandıqların nə oldu" sözlərinə Günel "Az qalıb, elə oradan qazandığımla ödəmişəm" cavabını verib.