Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili 26-27 aprel tarixlərində Azərbaycana rəsmi səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycana ilk səfəri çərçivəsində , İlya Darçiaşvilini Azərbaycan Prezidenti İlham Əliyev qəbul edəcək.
Gürcüstan XİN başçısı Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Səfər zamanı Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığına dair müzakirələrin aparılacağı qeyd olunub.