Türkiyəli məşhur aktrisa Hande Erçel həmkarı Kaan Yıldırımla eşq yaşayır.
"Unikal" xəbər verir ki, aktrisa bu barədə jurnalistlərin suallarını cavablandırarkən deyib. Belə ki, birlikdə olduqları barəsində yayılan xəbərləri təkzib edən Hande bu dəfə Kaan Yıldırımla bağlı verilən suala, "Çox yaxşıyam. Hər şey yaxşıdır", - deyərək, münasibətini təsdiqləyib.
Bildirək ki, cütlüyün bir müddət əvvəl Londonda birlikdə olduqlarını təsdiqləyən fotolar KİV-lərdə yer almışdı. Lakin ikili bununla bağlı açıqlama verməkdən imtina etmişdilər.
Qeyd edək ki, aktrisa bundan əvvəl "Sen Çal Kapımı" serialındakı partnyoru Kerem Bürsinlə, Kaan Yıldırım isə müğənni Hadisə ilə eşq münasibəti yaşayıb.