"İnsanın gözəl düşünüb, gözəl baxmağı o qədər gözəldir ki... Çox heyif ki, bu düşüncə hər kəsdə yoxdur".
"Unikal" xəbər verir ki, bunu Əməkdar artist Könül Kərimova "Instagram" hesabında yazıb. Müğənni tənqid yazanlara səslənib:
"Gözəl düşünmək üçün də gözəl dünyan olsun gərək. Bax, bu məndə nə yaxşı yetərincə var. Bilirsiniz axı: Öz balaca dünyam var. Orada yalnız ruhu gözəl, ürəyi gözəl, sağlam düşüncəli insanlar üçün yer ayırmışam. Ona görə də son vaxtlar özümü çox yaxşı hiss edirəm. Demək ki, həyatda nə olursa, yaxşıya doğru olur. Odur ki, özünüzü hərdən həkimə göstərin. Yazıqsınız... Bu 5 günlük dünyada insan kimi yaşayın. İnsanlığınızı itirməyin. Görün ki, bu işıqlı dünyada nələr var. Gözü, ürəyi pas atanlar. Siz elə orada qalın, mən də burada".