Azərbaycan Boks Federasiyasının (ABF) İdarə Heyətinin iclası keçirilib.
ABF-in Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, yığıncaqda 21 - 31 mayda Ermənistanın paytaxtı İrəvanda təşkil olunacaq kişi boksçular arasında Avropa çempionatında iştirak məsələsi müzakirə edilib.
Müzakirələr nəticəsində Beynəlxalq Boks Assosiasiyasına may ayında keçiriləcək seçkilər, idmançıların boks üzrə dünya çempionatına təlim-məşq toplanışları və hazırlıq proqramları, habelə digər həssas məqamlar nəzərə alınaraq may ayında Avropa çempionatına qatılmamaq barədə qərar qəbul edilib.