“Real”ın futbolçusu Kərim Benzema Çempionlar Liqasında yeni uğura imza atıb.
"Unikal" xəbər verir ki, fransalı forvard buna ötən gecə “Mançester Siti”yə 3:4 hesabı ilə məğlub olduqları yarımfinal mərhələsinin ilk oyununda dubl etməklə nail olub.
Belə ki, 35 yaşlı oyunçu bir mövsümdə səfərdəki pley-off matçlarında eyni ölkənin klublarına 5 qol vuran ilk futbolçu olub. O, daha əvvəl 1/4 finaldalı "Çelsi" ilə qarşılaşmada hey-trik etmişdi.