Qazax rayonunda Belarusun üç vətəndaşı arasında münaqişə olub.
“Unikal” report-a istinadən xəbər verir ki, hadisə Kür çayının qırağında qeydə alınıb.
Belarus vətəndaşları içki məclisində iştirak edən zaman aralarında mübahisə yaranıb. Bu zaman onlardan ikisi digərini döyərək müxtəlif xəsarətlər yetiriblər.
Xəsarət alan xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.