Fransanın PSJ klubu braziliyalı hücumçu Neymarı yayda 90 milyon avroya satmağa hazırdır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubu Çempionlar Liqasının pley-off mərhələsində rəqabətədavamlı olmaq üçün yaxın vaxtlarda böyük dəyişikliklər etmək niyyətindədir.
Neymarın müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulsa da, onlar sözügedən müqaviləni bu yay ləğv etmək istəyirlər.
Qeyd edək ki, PSJ onu 2017-ci ildə "Barselona"dan 222 milyon avroya alıb.