Rusiyanın Ukraynaya təcavüzünün ilk günündən rus şoumen Maksim Qalkin müharibəni pisləyib və Putin rejimini tənqid edib. Daha sonra Qalkin vətənində qalmaq onun üçün təhlükəli olduğunu bildirərək İsrailə köçüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya belə bir siyasi mövqeyinə görə ondan qisas almağa qərar verib. Belə ki, Qalkin "Tonight"a aparıcılıq etdiyi Birinci Kanaldan qovulub.
"Verilişin əksər əməkdaşları, eləcə də çəkiliş üçün dəvət olunan ulduzlar heç nə demədi. Hazırda Maksimin yerinə potensial namizədlər axtarılır", - deyə Rusiya KİV-ləri yazıb
Xatırladaq ki, Maksim Qalkin bundan əvvəl İsraildə konsert verəcəyini bildirib. O, əldə etdiyi gəlirin bir hissəsini ukraynalı qaçqınlara yardım üçün köçürəcək.
Gülayə Mecid