Azərbaycanda pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma faktı ilə bağlı aşkarlanan cinayətlərin sayı açıqlanıb.
"Unikal" xəbər verir ki, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.
Qeyd edilib ki, 2021-ci ildə ölkədə pornoqrafik materialları və ya əşyaları qanunsuz yaymaya görə 5 fakt aşkar edilib.