Türkiyəli aktyor Erhan Yazıcıoğlu Armağan Çağlayanın "YouTube" layihəsinin qonağı olub.
"Unikal" xəbər verir ki, sənətçi verilişdə bir vaxtlar çox şorgöz və 11 dəfə nişanlı olmasından danışıb. Yazıcıoğlu atasının varlı bir şəxs olduğunu, amma qumar oynadığını söyləyib:
"Buna görə də hər şeyini itirdi. Fabriki var idi, getdi. Biz üzüm sevirdik deyə, bağ satın almışdı. "Cadillac" avtomobili ilə bərbərə gedərdik. 48 yaşında anam xərçəngdən vəfat etdi. Adam qadın düşkünü idi: 4 ayrı evi və 4 ayrı xanımı var idi".
Xərçəngdən əziyyət çəkən aktyor "Heç məyus olmadım. 14 il mübarizə apardım: 1 milyon dollar xərclədim. 9 evimi satdım. Pulumu nə qadın, nə qumar yedi, dərmanlar apardı" ,- sözlərini əlavə edib