29 aprel 2022-ci ildən etibarən Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi Kiyev şəhərində fəaliyyətini bərpa edib.
Bu barədə "Unikal"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazirlik bildirir ki, Səfirliyin ünvanı dəyişməyib və aşağıdakı kimidir:
Ünvan: Kiyev şəhəri, Qlıboçitskaya küçəsi 24
Telefon: +380 44 484 69 40
Faks: +380 44 484 69 32
Səfirliyin konsulluq şöbəsi təhlükəsizlik şəraiti nəzərə alınmaqla 30 aprel tarixindən başlayaraq aşağıdakı qrafik üzrə hər gün işləyəcək:
Müraciətlərin qəbulu - 10:00-13:00
Hazır sənədlərin verilməsi - 15:00-18:00
Səfirliyin Konsulluq şöbəsi ilə +380 73 505 00 00 nömrəsi vasitəsilə əlaqə saxlamaq olar.
Vətəndaşların diqqətinə çatdırırılır ki, səfirliyin Lvov şəhəri Fedkoviça 60a ünvanında yerləşən müvəqqəti ofisində mümkün konsulluq xidmətlərinin göstərilməsi 6 may 2022-ci il tarixinədək eyni qrafiklə davam etdiriləcək. Səfirliyin Lvov şəhərində ofisi ilə +380 99 408 99 43 nömrəsi ilə əlaqə saxlamaq olar.
Həmçinin diqqətə çatdırılır ki, vəziyyətlə əlaqədar müvəqqəti olaraq Azərbaycan Respublikasında verilmiş sənədlərin səfirlikdə yenilənməsi fiziki olaraq mümkün deyil.