Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov növbəti səyyar qəbulunu Muradxan kənd inzibati ərazi dairəsinin Muradxan, Sor-sor və Çöl-Ərəb kəndlərinin sakinləri ilə keçirib.
"Unikal" xəbər verir ki, səyyar qəbulda kənd sakinləri elektrik enerjisi, suvarma su təchizatı, torpaq məsələləri, kənd təsərrüfatı, məşğulluq məsələləri, örüş sahələrinin ayrılması ilə bağlı rəy və təkliflərini veriblər.
Səsləndirilən hər bir təklif və şikayətlər barədə müvafiq qurumlara tapşırıqlar verilib. Qaldırılmış məsələlərin bəziləri elə qəbul zamanı öz həllini tapıb.
Qəbuldan sonra Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov səyyar qəbul zamanı qaldırılmış torpaq məsələsi ilə bağlı Çöl-Ərəb kəndində yerindəcə tanış olub, sakinlərin istəkləri ilə maraqlanıb, problemin həlli istiqamətində aidiyyatı üzrə tapşırıqlarını verib.
Daha sonra Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov I Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərin ailələrini və məzarlarını ziyarət edib.