Azərbaycan cüdoçusu Rüstəm Orucov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
"Unikal" xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində yarışan R.Orucov sonuncu görüşdə rumıniyalı Adrian Sulcaya qalib gəlib.
Mayın 1-dək davam edəcək qitə çempionatına Azərbaycan 11 cüdoçu ilə qatılıb.
Turnirdə 40 ölkədən 300-dən çox idmançı mübarizə aparır.