La Liqanın 34-cü turunda "Espanyol"a 4:0 hesabı ilə qalib gələrək yarışın bitməsinə 4 tur qalmış çempionluğu rəsmiləşdirən "Real" matçdan sonra titulunu qeyd edib.
"Unikal" xəbər verir ki, futbolçular klubun avtobusu ilə Madriddə kuboku nümayiş etdiriblər. Onlar əyinlərində 35 rəqəmi və “Champions” yazısı olan köynəklər geyiniblər və azarkeşlərlə birgə çempionluğu qeyd ediblər.