"Barselona"nın müdafiəçisi Serxi Roberto yenidən zədələnib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, zədəsi yenicə sağalan 30 yaşlı müdafiəçi məşqdə sıradan çıxıb. Onun təxminən 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu isə təcrübəli futbolçu üçün mövsümün erkən sona çatması deməkdi.
Roberto bu mövsüm meydana çıxdığı 12 oyunda komandaya 2 qol və 1 məhsuldar ötürmə ilə faydalı olub.