May ayında Milli Məclisin yaz sessiyası başa çatacaq.
"Unikal" xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
Parlamentin yaz sessiyasının sonuncu iclasının isə mayın 31-də keçirilməsi nəzərdə tutulur. Yaz sessiyasının başa çatmasına baxmayaraq, Milli Məclisin iyun ayında növbədənkənar xüsusi sessiyasının çağrılması gözlənilir.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin Sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.
Növbədənkənar sessiya başa çatdıqdan sonra isə deputatlar iyulun 15-dən avqustun 30-dək tətildə olacaqlar. Məzuniyyətdə olduqları zaman deputatlara müalicə olunmaları və istirahət etmələri üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.
Anar Kəlbiyev