Məşhur aktyor Kıvanç Tatlıtuğa qarşı 3,5 milyon lirə dələduzluq edən mühasibi Erdal D. ilə bağlı istintaq tamamlanıb.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, mühasibə qarşı 7 ilə qədər həbs tələbi ilə iddia qaldırılıb. Belə ki, aktyordan almasına baxmayaraq vergi borcunu ödəməyən Erdal barəsində “xidmətə görə etibardan sui-istifadə” maddəsi həbs tələbi irəli sürülüb.
Qeyd edək ki, bir müddət əvvəl vergi ödəmədiyi üçün faizi ilə birgə cərimə alan Kıvanç dolandırılıdığını bildikdən sonra mühasiblə əlaqə saxlamaq istəsə də buna müvəffəq ola bilməyib. Bu səbəbdən o, ölkə prokurorluğana müraciət edib.