ABŞ-ın keçmiş birinci xanımı və dövlət katibi Hillari Klintonun Met Gala gecəsində geyindiyi qırmızı paltarla gündəm olub.
"Unikal" xəbər verir ki, Blake Lively, İlon Mask, Emily Ratajkowski və Billie Eilish kimi adların qatıldığı tədbirdə Klinton Cozef Altuzarranın əl işi olan paltara üstünlük verib.
Belə ki, paltarın yuxarı tərəfində əl ilə işlənmiş adlar jurnalistlərin obyektindən yan keçməyib. Məlum olub ki, Klintonun paltarında heyran olduğu və ABŞ tarixində böyük əhəmiyyət kəsb edən qadınların adları yazılıb. Bu adlar arasında Madeline Olbrayt, Abigail Adams, Harriet Tubman, Rosa Parks, Ledy Bird Johnson və Klintonun anası Dorothy Rodham yer alır.
Bildirək ki, Klinton 20 ildən sonra ilk dəfə tədbirə qatılıb və o açıqlamasında “Mən söz vermişdim ki, hər 20 ildən bir önəmli tədbirdə iştirak edəcəm”, - deyib.
Gülayə Mecid