Əməkdar artist Nüşabə Ələsgərli "7 Canlı" proqramına qonaq olub.
"Unikal" xəbər verir ki, o, verilişdə bəzi açıqlamalar verib.
Belə ki, müğənni aparıcı Vüsalə Əlizadənin "Marketiniz, gözəllik salonunuz olub. Marketə oğru girib və sizə ziyan vurub" sözlərinə belə cavab verib:
"Hər bir biznesin başında insan özü dayanmalıdır. Alıb qoymaqla, kiməsə tapşırmaqla deyil. Gəlib görəcəksən ki, lələ köçüb, yurdu qalıb. Salon mənim üçün işləyirdi. Marketdə də elə... Çox incəliklər var. Mənə sübut oldu ki, hər şey öz işiylə məşğul olsun. İstədim sabah qocalanda, toya getməyəndə, gəlirim olsun. Müflisləşdim, itirdim, qazanmadım. Ziyanın yarısından qayıtmaq da xeyirdir".