Müğənni Serdar Ortaç əvvəlki kimi pul xərcləmədiyini etiraf edib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni bu haqda sosial şəbəkədə məlumat verib.
"Yeni model telefonları almıram. Heç nəyə pul xərcləmirəm. Eyni ayaqqabını 10 ildir geyinirəm. Vaxtında o qədər almışam ki… Onsuz bədənim də eyni ölçüdədir.
Bir qumarım var idi, Allah bəlamı verdi. Belə xərcləməklə bu ev necə əlimdə qalıb hələ də məəttəl qalıram. Hər şeyin bahalısını alırdım, düşünürəm ki, bu axmaqlıqdır. İndi internetdən alış-veriş edəndə “ən ucuzlar” bölməsini seçirəm, qarşıma çıxan ilk məhsulu alıram”,-deyib.
Aynurə Xudaverdiyeva