Donetsk vilayətinin Mariupol şəhərində Rusiya hərbçilərinin Dram Teatrına endirdiyi raket zərbəsi nəticəsində 600 nəfər həlak olub.

"Unikal" xəbər verir ki, “Associated Press” öz araşdırması nəticəsində ölənlərin yeni sayını müəyyən edib.

Agentlik sağ qalanların, xilasedicilərin və ekspertlərin məlumatlarına əsaslanaraq, faciənin baş verdiyi günün hadisələrini canlandırıb.