"Rusiya ordusu fevralın 24-dən indiyədək təxminən 24,7 min nəfər  hərbçisini itirib. 

"Unikal"ın "İnterfax"a istinadən verdiyi xəbərə görə, təkcə son 24 saat ərzində rusların 200-ə yaxın hərbçisi, 15 tank, 41 zirehli döyüş maşını (BBM), səkkiz artilleriya sistemi, altı reaktiv qumbaraatan, iki hava hücumundan müdafiə sistemi, iki təyyarə, 40 ədəd texnika və tank, həmçinin doqquz pilotsuz nəqliyyat vasitəsi və iki qanadlı raketi məhv edilib. 

Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı təsdiqləyib. 

Ağarza Elçinoğlu