Aparıcı Azər Zahid "10-da görüşək" verilişində açıqlamalar verib.
"Unikal" xəbər verir ki, o, "TikTok"da olan qazancdan danışıb. Azər aparıcı Samir Bayramlının "Pərvin Abıyeva 35 min, Kənan M.M. 200 dollar qazanıb" sözlərinə belə cavab verib:
""TikTok"un özəlliyi tamam başqadır. Oradakı yayımçıların 90 faizinə yayım texnologiyasını mən etmişəm. Mən başlayandan sonra hamıda mikrofon, studiya quruldu, peşəkarlaşdırdılar. Absurddur. 200, 500, min dollar realdır. Amma 35 min dollar olmaz. Aktivlik söhbəti var. "YouTube"da yüz minlik kanalım var idi, bağlandı. Orada tək sənə şir və ya başqa göndərilən hədiyyə deyil. Əvvəl 30 faiz qazanc verirdisə, indi platforma mənə 50 faiz verir. Orada yayımda olduğum üçün pul da verir. Şirkətlər zəng edir. Qazanc isə mənimdir, bunu demirəm. Mən qazandığım qədər insanlara da dəstək oluram. Orada 5 gündən artıq qazana bilməzsən. Sən kiməsə dəstək olursan, kimsə də sənə. Ortada qazanan platformanın sahibidir. Gələn gəlir ortada fırlanır".