UEFA Avropa Liqasında finalçılar bəlli olub.
"Unikal" xəbər verir ki, Almaniyanın "Leyptsiq" klubu Şotlandiyada "Reyncers" klubu ilə qarşılaşıb.
Qlazqodakı "Aybroks" stadionunda oynanılan matç ev sahibinin 3 :1 hesablı qələbəsi ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə hesab 3 :2 "Reyncers"in xeyrinə olub.
Günün digər matçında İngiltərə "Vest Hem"i Almaniyada "Ayntraxt"la münasibətlərinə aydınlıq gətirib.
Oyun 1:0 hesabı ilə Almaniya təmsilçisinin xeyrinə bitib.
Londondakı ilk görüşdə Frankfurt təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub etmişdi.
Beləliklə mayın 18-də İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda baş tutacaq final qarşılaşmasında "Reyncers" - "Ayntraxt" klubları üz-üzə gələcək.