Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının 30 illik yubileyi qeyd olunub.
"Unikal" xəbər verir ki, yubiley mərasimində rayonun təhsil ictimaiyyətinin nümayəndələri, rayon rəhbərliyi, millət vəkili Vahid Əhmədov, ziyalılar, təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, müəllim və tələbələr iştirak ediblər.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru C.Cəfərov filialın iş təcrübəsini yüksək qiymətləndirib, uğurlarından söz açıb.
Millət vəkili Vahid Əhmədov bölgənin ixtisaslı kadrlarla təmin olunmasında filialın xidmətini yüksək qiymətləndirib və kollektivə uğurlar arzulayıb.
Təhsil nazirinin müavini F.Qurbanov çıxışında filalın müəllim və tələbə kollektivini 30 illik yubiley münasibətilə təbrik edib.