Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Unikal" xəbər verir ki, Peşəkar Futbol Liqasının saytında dərc olunan qərarlarda bildirilir ki, Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Qarabağ” – “Qəbələ” oyununda “Qarabağ”ın azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunub.
Qərarda həmin oyunda “Qarabağ” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunduğu da qeyd edilib.
Bundan başqa, Premyer Liqanın 25-ci turunun “Qarabağ” – “Sabah” oyununda “Qarabağ” azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimələnib. “Qarabağ” azarkeşləri “Sabah” klubunun rəsmisi Dadaş Zeynalova fiziki təsir göstərdiyi üçün meydan sahibi klub 4000 manat cərimə olunub. / Qol.az