Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə mayın 6-da Hərbi Prokurorluqda tədbir keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə qurumun inzibati binasındakı “Heydər Əliyev guşəsi”ndə Ulu Öndərin büstü önünə gül dəstələri düzülüb, onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Baş prokurorun müavini-Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.
O qeyd edib ki, Prezident İlham Əliyevin gərgin əməyi ilə xalqın müdrikliyinin və əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə, o cümlədən yer kürəsini bürüyən koronavirus (COVID-19) pandemiyasına və müharibədən yeni çıxmış dövlət olmasına rəğmən, ölkəmizin eyni templə hərtərəfli qüdrətlənməsi və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı bu gün də uğurla təmin edilir.