"Qiymət artımının obyektiv və subyektiv səbəbləri var. Elə məsələlər var ki, bizdən asılı deyil. Belə ki, dünyada da qiymət artımı gedir".
Bunu "Unikal"a açıqlamasında deputat Fəzail Ağamalı deyib. Deputat bildirib ki, qiymət artımı Rusiya-Ukrayna müharibəsi, pandemiya və s. ilə bağlıdır.
"Bununla yanaşı bir sıra möhtəkirlər yaranmış vəziyyətdən istifadə edərək qiymətləri artırırlar. Buna qarşı müvafiq qurumlar kəskin, ardıcıl və sistemli mübarizə aparmalıdırlar. Görünən odur ki, ərzaq məhsullarının, xüsusi olaraq dərmanların qiyməti fantastik şəkildə qalxır. Buna xüsusi diqqət yetirmək lazımdır ki, dərmanların qiyməti bu formada artırılmasın. Nəzərə almaq lazımdır ki, dərmanların bu qiyməti aztəminatlı ailələrin büdcəsinə ciddi təsir göstərir. Onların büdcəsi bunun üçün kifayət qədər imkan yaratmır. Müvafiq qurumlar bu problemin aradan qaldırılması üçün ciddi mübarizə aparmalıdır".
Anar Kəlbiyev