Rusiya Federasiyasının beynəlxalq ehtiyatları həftə ərzində 2,3% (və ya 14 milyard dollar) azalaraq 29 aprel 2022-ci il tarixinə 593,1 milyard dollar təşkil edib.
"Unikal" "TASS"-a istinadla xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.
22 aprel 2022-ci il tarixinə ölkənin beynəlxalq ehtiyatları 607,1 milyard dollar təşkil edib.
Bundan əvvəl Rusiya Mərkəzi Bankının rəhbəri Qərbin sanksiyaları nəticəsində ölkənin təxminən 300 milyard dollar qızıl-valyuta ehtiyatlarının dondurulduğunu bildirmişdi.