Ukraynada “Azovstal” metallurgiya zavodunun ərazisində Rusiya hərbçiləri avtomobili atəşə tutublar. Nəticədə bir əsgər həlak olub, daha altı əsgər yaralanıb. Onlar bunu atəşkəs dövründə ediblər.
"Unikal" xəbər verir ki, bu barədə “Azov” alayından məlumat verilib.
Atəşkəs zamanı “Azovstal” zavodunun ərazisində ruslar tank əleyhinə sistemlərdən istifadə edərək avtomobili sıradan çıxarıblar.