ABŞ-ın məhkəməsi keçmiş prezident Donald Trampın Twitter-ə qarşı iddiasını rədd edib.
"Unikal" "Reuters" agentliyinə istinadən xəbər verir ki, iddiada sosial şəbəkədə eks-prezidentin səhifəsinin bloklanmasına etiraz bildirilir.
Qeyd olunur ki, məhkəmə Trampın "Twitter"-in onun ABŞ Konstitusiyasına edilən birinci düzəlişlə təmin edilən söz azadlığı hüququnu pozduğuna dair arqumentlərini nəzərə almayıb.
Ötən il Trampın vəkilləri iddia edirdilər ki, "Twitter" ölkənin siyasi diskursunda o qədər gücə malikdir ki, bu demokratik müzakirələr üçün təhlükəli ola bilər.
2021-ci ilin əvvəlində "Twitter" və digər sosial media platformaları Trampın bir dəstə tərəfdarının Kapitoli binasına hücumundan sonra ona xidmət göstərməsini qadağan etmişdir.