6 may 2022-ci il tarixində Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamugiya ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, görüşdə ətraf mühitin və bioloji müxtəlifliyin qorunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı sahəsində əməkdaşlığın artırılması məsələləri öz əksini tapıb.
Eyni zamanda Kür çayı hövzəsinin mühafizəsi, transsərhəd suların inteqrasiyalı idarə edilməsi və səmərəli istifadəsi ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.