Amerikalı iş adamı Todd Bouli Londonun "Çelsi" klubunu almaq üçün müqavilə imzalayıb.
"Unikal" "The Telegraph" qəzetinə istinadən xəbər verir ki, sövdələşmənin məbləği 4 milyard funtdan artıq deyil. Hazıra sənəd hökumətin təsdiqinə göndərilib.
“Los Angeles Dodgers” beysbol klubu və “Los Angeles Lakers” basketbol klubunda pay sahibi olan Bouli hələ martın 9-da rusiyalı milyarder Roman Abramoviçə “Çelsi”ni almaq təklifi edib. Sonradan məlum oldu ki, amerikalı iş adamı futbol klubunu almağa əsas namizədlərdən biridir.
Xatırladaq ki, Ukraynadakı vəziyyətə görə rusiyalı iş adamı Roman Abramoviç ona qarşı tətbiq edilən sanksiyalar səbəbindən “Çelsi”ni satmaq qərarına gəlməli olub.
Martın 10-da İngiltərənin onu sanksiya siyahısına saldığı, iş adamının ölkədəki aktivlərinin dondurulduğu açıqlanıb.