Türkiyəli müğənni Gülbən Ergen səhnədə yıxılıb.
"Unikal" xəbər verir ki, Düzcedə səhnə alan ifaçı ikinci mahnısını ifa edərkən ayağı libasına dolaşdığı üçün müvazinətini itirərək yerə yıxılaraq huşunu itirib.
İlkin məlumata görə, Gülbənin təzyiqi düşdüyü üçün ürəyi gedib. 20 dəqiqə davam edən müdaxilənin ardından özünü yaxşı hiss edən sənətçi yenidən səhnəyə çıxıb.